Moskvada koronavirusdan ölənlərin sayı 816-ya çatdı

04 May 2020 - 23:56

Son bir gündə Moskvada pnevmaniya və koronavirusla bağlı testin müsbət nəticə verdiyi 52 pasiyent ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı bildirib.

Bununla da Moskvada koronavirusdan ölənlərin sayı 816 nəfərə çatıb.

Rusiyada ümumilikdə COVID-19-a 145 mindən çox yoluxma halı qeydə alınıb, 1300-dən çox pasiyent ölüb, təxminən 18 min xəstə sağalıb.

Ölkədə koronavirusa ən çox yoluxma Moskvada aşkarlanıb. Paytaxtda ümumilikdə 75 minə yaxın insan COVID-19-a yoluxub.