Moskvada koronavirusdan ölənlərin sayı 816-ya çatdı

Son bir gündə Moskvada pnevmaniya və koronavirusla bağlı testin müsbət nəticə verdiyi 52 pasiyent ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı bildirib.

Bununla da Moskvada koronavirusdan ölənlərin sayı 816 nəfərə çatıb.

Rusiyada ümumilikdə COVID-19-a 145 mindən çox yoluxma halı qeydə alınıb, 1300-dən çox pasiyent ölüb, təxminən 18 min xəstə sağalıb.

Ölkədə koronavirusa ən çox yoluxma Moskvada aşkarlanıb. Paytaxtda ümumilikdə 75 minə yaxın insan COVID-19-a yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə birgə bəyannamə yayılıb

Sonrakı məqalə

“Rusiya və Səudiyyə Ərəbistanı İnsan Haqları Şurasına üzv ola bilməz” –