İki gün əvvəl Rusiyada ticarət edən azərbaycanlının rus gənci tərəfindən döyülməsi barədə video yayılmışdı. Kadrda meyvə-tərəvəz satan soydaşımızın erməni alıcı ilə alverdən imtina etməsi rus oğlanın onu yumruqla vurması ilə nəticələnmişdi. Bu gün həmin gənc soydaşımızın yanına gələrək hərəkətinə görə üzr istəyib.