Moskvada Qələbə Paradı başa çatıb –Putin çıxış edib /YENİLƏNİB

Moskvada Qələbə Günü Paradı başlayıb.

Azpost.info bildirir ki, bu il təhlükəsizlik tədbirlərinə görə tədbirdə yalnız piyada dəstələri iştirak edir. Hərbi texnika olmayacaq.

Parad təxminən 50 dəqiqə davam edəcək. Federal televiziya kanalları onun yayımı üçün bu qədər vaxt ayırıblar.

Tribunalarda Vladimir Putin, Aleksandr Lukaşenko, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev durub.

Putin qısa çıxış edib. İkinci dünya müharibəsinin nəticələrini xatırladıb, Ukrayna savaşında son məqsədin əldə olunacağını vəd edib.

**

 

Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü paradındakı çıxışı 8,5 dəqiqədən bir qədər çox davam edib.

Putin ənənəvi olaraq Qırmızı Meydanda Qələbə Günü münasibətilə 8,5 dəqiqə davam edən təntənəli nitq söyləyib. Daha sonra paradın piyada paradı başlayıb.

Şənbə günü Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsində qələbənin 81-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Parad artıq başa çatıb.

Parada başlayanda fəxri qarovul ənənəvi olaraq “Müqəddəs Müharibə” mahnısının sədaları altında Rusiya dövlət bayrağını və Qələbə Bayrağını meydana aparıb. Daha sonra müdafiə naziri Andrey Belousov və Quru Qoşunlarının baş komandanı general-polkovnik Andrey Mordviçev meydanı gəzərək meydanda düzülmüş parad bölmələrini salamladılar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.