Moskvada terror aktında ölənlərin sayı 137 nəfərə çatıb

“Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, indiyədək 137 nəfərin cəsədi tapılıb. Onlardan üçü uşaqdır. Hazırda 62 cəsəd identifikasiya olunub. Hadisə yerində axtarış tədbirləri davam etdirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.