Moskvada Rusiyanın tanınmış siyasi xadimi Yevgeni Primakovun abidəsinin açılışı olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) qarşısında yerləşən Smolenskaya meydanında ucaldılan abidənin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin iştirak edib.
Abidə Rusiyanın Xalq artisti Georgi Franqulyanın rəhbərliyi altında hazırlanıb.
Qeyd edək ki, Y.Primakov Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), Xarici İşlər naziri (1996-1998), Baş Nazir (1998-2000) olub. 2001-ci ildən 2011-ci ilə kimi Sənaye Ticarət Palatasının prezidenti vəzifəsində çalışıb.
Y.Primakov 2015-ci ildə vəfat edib.