“Müharibənin başa çatması yalnız diplomatik yolla mümkündür” –Zelenski mesaj verdi

Donbasda müharibənin başa çatması yalnız diplomatik yolla mümkündür, bunun üçün isə Ukraynanın güclü mövqeyi və dəstəyi olmalıdır.

Azərtac Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Zelenski bunu Mariupolda keçirilən “RE:THINK. Invest in Ukraine” forumunda çıxışında bəyan edib.

Prezident deyib: “Bunu yalnız diplomatik yolla etmək mümkündür. Bunun üçün Ukraynanın güclü mövqeyi və dəstəyi olmalıdır. O, hörmət edilən, dinlənilən, inkişaf edən, müstəqil və uğurlu dövlət olmalıdır”.

V.Zelenski əlavə edib ki, Ukrayna məhz belə ölkə olmalıdır və onun siyasətə gəlməsinin əsas səbəbi budur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada Yevgeni Primakovun abidəsi ucaldılıb

Sonrakı məqalə

Yəməndə Müdafiə nazirinin olduğu qərargahda partlayış olub