Moskvada Rusiya hərbi-sənaye kompleksinin yeniliklərinin nümayiş olunduğu “Ordu-2023” forumu davam edir.
Azpost.info xəbər verir ki, yeniliklərin arasında modernləşdirilmiş hücum helikopterləri və yeni hava-desant və asma silah növləri də var.
Forumda modernləşdirilmiş Mi-28NM döyüş helikopteri və yenilənmiş Ka-52M kəşfiyyat və hücum helikopteri də təqdim edilib. Onların hər ikisi “Vixr-1” idarə olunan raketləri və “İzdeliye-305” adlı ən son hava-yer idarə olunan raketləri ilə uyğun gəlir.
Azpost.info

