Moskvadakı terrorda həlak olan 50 nəfərdən çoxunun şəxsiyyəti müəyyən edilib

“Crocus City Hall”da terror aktı nəticəsində həlak olanların 50 nəfərdən çoxunun şəxsiyyəti müəyyən edilib.

Bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

O qeyd edib ki, terror aktı ilə yanaşı, yanğının da törədildiyi “Crocus City Hall”ın dağıntıları bazar gününə kimi təmizlənəcək.

Terror aktını törətməkdə şübhəli bilinən və Brayanskda saxlanılan şəxslər Moskvaya gətirilib.

Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Əvvəlki məqalə

“Biz Rusiya xalqı ilə həmrəyik” –

Sonrakı məqalə

London F-16 qırıclarını idarə edəcək ilk ukraynalı pilotların fotolarını yaydı