Martın 18-i saat 00:00-dan etibarən Rusiya və Azərbaycan arasında gediş-gəliş məhdudlaşdırıldıqdan sonra Moskvadan Bakıya ilk çarter reysi həyata keçirilir.
“Vnukovo” hava limanından “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Airbus A340 tipli təyyarə ilə həyata keçirilən çarter reysi ancaq Azərbaycan vətəndaşlarına xidmət edir.
Yerli vaxtla 10:20-də havaya qalxacaq təyyarə 84 Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirəcək.
Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana daha üç çarter reysinin keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın “Domodedovo” və “Vnukovo” və Sankt-Peterburqun “Pulkovo” hava limanlarından Bakıya keçiriləcək.