“Moskvanın nüvə müharibəsinə hazır olması…”- KREML

“Moskvanın nüvə müharibəsi başlamağa hazır olması barədə xəbərlər yaymaq ağılsızlıqdır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya bu məsələdə son dərəcə məsuliyyətlidir.

“Rusiya öz potensialına çox diqqətlidir. Təəssüf ki, son bir il ərzində belə məsuliyyətsiz nüvə ritorikasını eşidirik, Rusiyaya qarşı tamamilə çılğın ittihamlar eşidirik ki, biz nüvə müharibəsinə başlamağa hazırıq. Mən bunun sadəcə ağılsızlıq olduğunu, qəbuledilməz olduğunu düşünürəm”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

Peskov prezident seçkilərinin mümkün qalibinin adını açıqlayıb

Sonrakı məqalə

Rusiya ölkədən gedən bu vətəndaşlarını geri qəbul etməyəcək