“Moskvaya dron hücumu beynəlxalq terror aktıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Moskvaya dron hücumu ilə bağlı ilk xəbərlər səhər saat 4 radələrində yayılıb. Yerli sakinlər paytaxt səmasında partlayışlar olduğunu bildiriblər. Daha sonra mətbuatda PUA zərbəsi nəticəsində Lixaçev küçəsindəki binaya ziyan dəyməsi, güclü partlayış səsinin eşidilməsi, mənzillərdə pəncərələrin silkələnməsi barədə xəbərlər yayılıb.
Daha sonra pilotsuz təyyarənin parçaları Komsomolski prospektinə düşüb, orada zərbə nəticəsində iki mərtəbəli binanın damı zədələnib, üzbəüz evdə – birinci mərtəbədəki mağazada və dördüncü mərtəbədəki yaşayış massivində pəncərələr sınıb.
Rusiya Müdafiə Nazirliyi iki Ukrayna dronunun paytaxtda radioelektron mübarizə vasitələri ilə məhv edildiyini açıqlayıb.
Azpost.info