Mossad Kiprdəki son terror aktın cəhdinin təşkilatçısı Yusif Şahabazi Abbasalilahı İran ərazisindən qaçırıb.
Azpost.info bildirir ki, bu barədə Mossad-ın yaydığı bəyanatda deyilir.
Qurum çümə axşamı Kiprdəki son terror aktının qarşısının necə alması ilə bağlı açıqlama verib.
“Mossad İran ərazisində keçirdiyi unikal, cəsarətli missiyası ilə terror qruplaşmasının rəhbərini tuta bildi. Həmin şəxs dindirmə zamanı terror planının təfərrüatlarını açıqlayıb. Bu, Kiprdə terror yuvasının ifşası və məhv edilməsinə imkan verdi”– deyə Mossad-ın bəyanatında bildirilir.
“Biz dünyanın istənilən yerində, o cümlədən İran ərazisində yəhudilərə və israillilərə qarşı terroru təbliğ edən hər bir məmuru ələ keçirəcəyik” – deyə Mossad-ın yüksək rütbəli rəsmisi xəbərdarlıq edib.
Mossad-ın məlumatına görə, Abbasalilahi SEPAH-dan ətraflı təlimat alıb. O terror qrupunun üzvlərinə sui-qəsdin necə həyata keçiriləcəyini və bütün lazımi təchizatları və kamera üzvlərini haradan tapacağını dəqiq söyləyib.
Bundan sonra casus şəbəkəsi məlumatı Kipr hakimiyyətinə verib. Onlar da qruplaşmanın əksər əməkdaşlarını həbs ediblər.
Bazar günü media Mossad və Kipr ada ölkəsində yəhudilərə qarşı planlaşdırılan İran terror hücumunun qarşısını aldığını bəyan ediblər. Bu ilkin hesabatda hücumun SEPAH tərəfindən planlaşdırıldığı deyilirdi.
Azpost.info
