Mövlud Çavuşoğlu Ceyhun Bayramovla telefonla danışdı:

"Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir"
10 Oktyabr 2020 - 11:34

Türkiyə  Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, C.Bayramov Moskvada keçirilən son görüş haqqında M.Çavuşoğluna məlumat verib.

M.Çavuşoğlu isə deyib ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək.