MSK bu gün bəzi dairələrlə bağlı şikayətləri müzakirə edəcək

13 Fevral 2020 - 10:59

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə ilə bağlı məsələlər, o cümlədən şikayətlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.