Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MSK və MEDİA Naxçıvandakı media nümayəndələri üçün seminar təşkil edib

Orkhan Ali 18 Yanvar 2024 - 12:51 (Last updated: 21 May 2025 - 20:15)
w_1617055673774789527545_1200x630

Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) Naxçıvanda media nümayəndələri üçün hibrid formatda seminar keçirib. Seminarda muxtar respublikanın media qurumlarının rəhbərləri, müxtəlif media orqanlarının Naxçıvandakı nümayəndələri və seçkini işıqlandıracaq jurnalistlər iştirak ediblər.

Seminarda çıxış edən MEDİA-nın şöbə müdiri Natiq Məmmədli Naxçıvanda fəaliyyət göstərən jurnalistlərlə fikir mübadiləsi aparılacağını, onların informasiya əldə etməsi ilə bağlı hər hansı çətinliyin olub-olmaması, jurnalistlərin seçki ilə bağlı informasiyada hansı qaydalara riayət etməsi kimi məsələlərin müzakirə ediləcəyini bildirib. Qeyd edib ki, seçki dövrü jurnalistlərin peşakarlığını göstərmək üçün həm də bir sınaqdır.

Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov vurğulayıb ki, bu kimi seminarlar media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Media ötən dövrdə bütün seçkilərdə fəallıq nümayiş etdirib. Ölkəmizdə seçkilərin işıqlandırılması üçün jurnalistlərə geniş imkankar yaradılır.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli qeyd edib ki, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. Media seçkilərdə azad və sərbəstdir. Heç kimin jurnalistlərə qanunvericiliyin tələblərindən kənar müdaxilə etməyə haqqı yoxdur. Buna görə də jurnalistlər öz hüquqlarını bilməli və qanunla nəyin qadağan olunmasından məlumatlı olmalıdırlar.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli muxtar respublikada fəaliyyət göstərən jurnalistlərin həm MSK-nın, həm də MEDİA-nın tədbirlərinə, seminar-treninqlərinə qatılmasının zəruri olduğunu bildirərək, Naxçıvanda fəaliyyət göstərən jurnalistlərin seçki günü MSK-da keçiriləcək brifinqdə iştirakının vacibliyini vurğulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova seçki öncəsi təbliğat-təşviqat işlərində medianın fəaliyyətindən danışıb.

Seminar qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Post navigation

Previous: Azərbaycandakı dini konfessiya rəhbərlərinin Prezident seçkiləri ilə əlaqədar
Next: “Mənim səsim” Seçki Monitorinq Koalisiyası Qüdrət Həsənquliyevlə görüşüb

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Azərbaycanda aqrar sektorda vergi güzəştlərinin dəyişdirilməsi kiçik və ailə təsərrüfatlarının vəziyyətini çətinləşdirə bilər. Azpost.info-nun məlumatına görə, iqtisadçı-ekspert...
Read more about Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.