MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub

01 Yanvar 2021 - 10:30

Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Bu vəsaitin  5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi, 12 milyon 265 min 906 manatı dairə seçki komissiyalarının  saxlanılmasına xərclənəcək.

MSK-nın saxlanılması üçün isə dövlət büdcəsində 3 milyon 774 min 807 manat nəzərdə tutulub.