Müəllim olmaq istəyənlər üçün növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

12 Sentyabr 2020 - 16:19

Bu ilin 4, 7, 8 sentyabr tarixlərində Tarix, Coğrafiya və İnformatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən  verilən məlumata görə, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq  müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr  saat 14:00-dan 14 sentyabr  saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya  müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.