“Müalicəyə cəlb edilən bütün həkimlər infeksionist deyil” –

Səhiyyə Nazirliyi
30 İyun 2020 - 19:22

Ölkədə həkim və tibb işçisi qıtlığı yoxdur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.  Onun sözlərinə görə, Pandemiya gözlənilməz haldır: “Heç bir ölkənin səhiyyə sistemi bu cür pandemiyaya hazır deyil. Ona görə də lazım olan avadanlıqları kənardan gətirmək mümkündür. Amma həkimləri xaricdən gətirmək mümkün deyil. Ona görə də bütün ölkələr məcburdur ki, öz həkimlərini təkmilləşdirsinlər. Sirr deyil ki, müalicəyə cəlb edilən bütün həkimlər infeksionist deyil. Müxtəlif ixtisaslı həkimlər COVİD-19-la vuruşur”.

N.Zeynalov bildirib ki, təcili tibbi yardım üçün həkim qəbulu elan edilməsi hazırkı işlərin optimallaşdırılması üçündür.