Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad edilib.
AzTV-nin sədri Rövşən Məmmədov bununla bağlı əmr imzalayıb.(Pravda.az)
M.Aslanov APA-ya deyib ki, bu gündən işdən çıxıb: “Bu günə qədər çalışdım və fəaliyyətim də göz qarşısındadır. Bu gündən isə AzTV-dən ayrıldım”.