Mübariz Tağıyev təkzib etdi:"Ata yox, baba olmuşam"

Xalq artisti Mübariz Tağıyevin üçüncü dəfə ata olduğu barədə məlumat yayılıb.

“Ölkə.az” sənətkarın oğlan övladının dünyaya gəldiyini yazıb. “Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxlayıb.  Mübariz Tağıyev saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib: “Yalan məlumatdır, ata olmamışam. Mənim nəvəm olub. Qızımın oğlu dünyaya gəlib”.

Qeyd edək ki, xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Birinci evliliyindən iki qızı var. M.Tağıyevin ikinci həyat yoldaşı rəqs müəlliməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Meydan” TV-nin  bloklanma qərarı ləğv edildi –

Sonrakı məqalə

Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 qərar çıxartdı –