Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 qərar çıxartdı –Müxalifət fəallarına 128 min avro kompensasiya ödənməlidir (SİYAHI)

 Avropa Məhkəməsi Azərbaycanla bağlı 11 iş üzrə qərarını elan edib.

Azpost.info bildirir ki, bu barədə vəkil Əsabalı Mustafayev bildirib.

Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması,sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir. Məhkəmə qərarı ilə Ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınıb.

Kompensasiyaların məbləği aşağıdakı kimidir:
1. Arif Hacılı – mənəvi ziyana görə10 000+ hüquqi yardıma görə 1500
2. Fuad Qəhrəmanlı- 10 000+1500
3.Babək Həsənov- 10 000+1500
4.Zülfüqar Eyvazov- 10 000+1500
5. Arif Alışlı 10 000+1500
6. Məhəmməd Məcidli 12 500+2500
7.Tural Abbaslı 10 000
8. Elşən Həsənov 10 000+1500
9.Rüfət Hacıbəyli 10 000+1500
10.Sahib Kərimov 10 000+1500
11. Ülvi Quliyev 10 000+1500

Ə. Mustafayev bildirib ki, bununla da Avropa Məhkəməsində udulmuş işlərin sayı 148 oldu. “Kommunikasiyası bitmiş 60-dan yuxarı iş qərarını, 200-dən artıq iş isə kommunikasiyanın başlanmasını gözləyir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mübariz Tağıyev təkzib etdi:

Sonrakı məqalə

Milli Məclisin İntizam Komissiyasının katibi: