Mücahit Küçükyılmazdan QMİ sədri ilə bağlı AÇIQLAMA:“Şeyxülislam Qarabağa görə Ərdoğana təşəkkür edib”

Türkiyə prezidenti Ərdoğanın müşaviri Mücahit Küçükyılmaz QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı yazdığı qalmaqallı tvitterinə aydınlıq gətirib.

Azpost.info bildirir ki, Küçükyılmaz qeyd edib ki, Şeyxülislam Qarabağda qələbəyə görə, Türkiyə prezidentinə təşəkkür edib: “İcazə verin, ədalət naminə vurğulayım ki, Şeyxülislam Allahşükür Paşazadə bizim prezidentə Qarabağda qələbəyə görə təşəkkür edib”.

Daha sonra statusunun doğurduğu rezonansla bağlı bildirib: “Bizlər, fərdlər gəldi-gedərik. Əbədi olan Türkiyə-Azərbaycan dostluğudur”.

Xatırladaq ki, Küçükyılmazın Qurban bayramı ilə bağlı namazda çıxış edən QMİ sədrinin Türkiyəyə və İran rəhbərlərinə təşəkkürünə dair istehzalı tviti ölkədə ciddi rezonans doğurmuşdu.

https://twitter.com/mucahitkyilmaz/status/1419552162061897732?s=24

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir