Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Hovannisyana hücum edilib

17 Noyabr 2020 - 17:44

Noyabrın 9-dan etibarən ünvanıma müxtəlif təhdidlər almışam, lakin əhəmiyyət verməmişəm”.

 “News.am”ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sabiq nümayəndəsi Artsrun Hovannisyan özünün “Facebook” hesabında yazıb. Hovhannisyan ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən imtina etdiyini bildirib.

O, dünən gecə iki nəfərin hücumuna məruz qaldığını da qeyd edib: “Xoşbəxtlikdən özümü müdafiə edə bildim. Mən heç kimdən qorxmuram və heç kimi düşmən hesab etmirəm”.

Ermənistan MN-in sabiq nümayəndəsi vurğulayıb ki, lakin ölüm təhdidləri bu gün də davam etdiyi üçün polisə müraciət etmək məcburiyyətindədir.