“Türkiyə və Rusiyanın Qarabağla bağlı qarşılıqlı əməkdaşlığı davam edir” –HULUSİ AKAR

Dağlıq Qarabağla bağlı Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ankarada görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığımız davam edir.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

H. Akar Dağlıq Qarabağa dair bəyanatın imzalanmasından sonra Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladıb. “Bununla bağlı geniş bir texniki heyət Rusiyadan gəldi. Görüşlər keçirdik, qarşılıqlı əməkdaşlığımız davam edir”, – deyə türkiyəli nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Hovannisyana hücum edilib

Sonrakı məqalə

Laçın dəhlizi və Xankəndinə qədər yol minalardan tam təmizlənib –