Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Müdafiə Nazirliyində Reza Deqati ilə görüş keçirilib

Orkhan Ali 16 Sentyabr 2024 - 20:25 (Last updated: 21 May 2025 - 20:15)
17265002401979744059_1200x630

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində tanınmış azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, əvvəlcə R.Deqatiyə nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti barədə geniş məlumat verilib.

Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi Zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.

Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup heyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib. İştirakçılara foto sənətinin inkişaf mərhələləri, fotoqrafiyanın tarixi, janrları, həmçinin müasir fotoavadanlıqların imkanları haqqında məlumat verilib. Fotoqrafiya sənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas məqamlar olan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib.

Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat və yaradıcılığını əks etdirən film təqdim olunub.

Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıran R.Deqati zəngin xatirələrini bölüşüb.

Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusilə Vətən müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxış keçirilib.

Post navigation

Previous: MSK seçkilərin nəticələrinin təsdiqi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
Next: Britaniyalı supermodel Bakı səfəri haqqında paylaşım edib

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.