Müğənni İbrahim Borçalının oğlu yol qəzasında ölüb –

FOTO
18 İyul 2020 - 14:26

Marneulinin Şulaver kəndində ağır yol qəzası baş verib.

APA-nın Gürcüstan bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, BMW markalı avtomobil yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirərkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.

Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişinin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində ekspertlər işləyir.

Avtomobilin sürücüsünün tanınmış müğənni İbrahim Borçalının oğlu olduğu bildirilir.