Ukraynada müharibə başlayandan sonra Rusiyanın əmək bazarı 19-40 yaş arasında iki milyon işçi itirib.
Azpost.info xəbər verir ki, “HeadHunter”in baş direktoru Dmitri Sergienkov “Kommersant”a müsahibəsində bildirib.
“Əmək bazarında ən çox tələbat olan qruplar – 19-40 yaş arası insanlar sürətlə azalır. Eyni vaxtda onların sayı artıq iki milyon azalıb. Hazırda Rusiyada işçi qüvvəsi 76,3 milyon nəfər təşkil edir”, – o deyib.
Sergienkov Rusiya iqtisadiyyatında aşağı əmək məhsuldarlığının davam etməsini vəziyyəti gərginləşdirən amillərlə əlaqələndirib. “Demək olar ki, bütün sektorlarda bu, inkişaf etmiş ölkələrin müqayisə edilə bilən iqtisadiyyatlarından iki dəfə aşağıdır”.
Onun sözlərinə görə, gələcəkdə Rusiyada kadrlarla bağlı vəziyyət yaxşılaşmayacaq: “Əgər indi əmək bazarında təxminən iki milyon gənc mütəxəssis çatışmırsa, 2030-cu ilə qədər bu rəqəm çox güman ki, iki dəfə artacaq”.
Azpost.info