Niderland Ukraynanı müasir ağır silahlar – özüyeriyən haubitsalar və zirehli texnika ilə təmin edəcək.
Azpost.info xəbər verir ki, bunu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə Niderlandın Baş naziri Mark Rutte deyib.
“Ukraynanın bizim hərbi dəstəyimizə ehtiyacı var. Ukraynanı müasir silahlarla dəstəkləməliyik. Mən Avropadakı və dünyanın digər yerlərindəki bütün həmkarlarımı Ukraynaya ağır silahlarla kömək etməyə çağırıram”, – Rutte bildirib.
O, xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi hamının gözlədiyindən daha çox çəkə bilər: “Amma bu o demək deyil ki, dünya geri çəkilib baş verənləri sadəcə izləyir. Biz Putin Rusiyasına daim təzyiq göstərməli, həmçinin Ukrayna ilə ikitərəfli və çoxtərəfli siyasi əməkdaşlığı gücləndirməliyik”, – Rutte bildirib.
Baş nazir əmin edib ki, Nideland Ukraynanı hər cür dəstəkləyəcək: “Siz indi də, gələcəkdə də bizə arxalana bilərsiniz!”.
Azpost.info