“Müharibə zamanı biz “Su-30″ təyyarələri üçün raket almağa macal tapmadıq” –

Paşinyan
24 Mart 2021 - 22:24

Ermənistanın baş naziri Nikol Paşinyanın Su-30SM raketlərinin 2020-ci ilin iyulunda tətbiq edilməsi və Qarabağda müharibə zamanı bu təyyarələr üçün müvafiq silahların olmaması barədə bəyanatlarında ziddiyyət yoxdur.

Azpost.info Virtualaz.org-a istinadən bildirir ki, Ermənistan hökumətinin başçısı özü belə hesab edir.

“Mənim iki bəyanatım arasında qətiyyən ziddiyyət yoxdur. Su-30SM təyyarələri Ermənistana 2020-ci ilin may ayında gətirilib, məşq uçuşları zamanı Ermənistanın arsenalında artıq mövcud olan raketlər tətbiq edilib. Hərbi vəziyyət zamanı (Qarabağda) bu təyyarələrin tətbiq edilməsi haqqında qərar mövcud silahların onların qarşısına qoyulmuş vəzifələri yerinə yetirməyə nə dərəcədə imkan verəcəyi nəzərə alaraq qəbul edilirdi. Təəssüf ki, müharibə zamanı biz Su təyyarələrindən tam gücü ilə istifadə etməyə imkan verəcək lazımi aksessuarlar, raketlər almağa macal tapmadıq”, – deyə “İnterfaks” Paşinyanın çərşənbə günü parlamentdə deputatların suallarını cavablandırarkən söylədiyi sözlərdən sitat gətirir.

Halbuki 2020-ci ilin iyulunda Paşinyan “Facebook” səhifəsində məlumat vermişdi ki, “Su-30SM uçuşları zamanı “hava-yer” tipli raketlər uğurla tətbiq edilib, bütün hədəflər vurulub”.

20 mart 2021-ci ildə isə erməni baş naziri Qarabağda müharibədən əvvəl Rusiyadan alınan Su-30SM təyyarələrinin döyüş sursatlarının olmadığını bildirib.