Müharibədə əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 5 milyon ayrıldı –

SƏRƏNCAM
06 İyul 2021 - 14:50

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 (beş milyon iki yüz min) manat vəsait ayrılıb.