“Müharibədən qaçan ruslar Gürcüstana təhlükə yaradır” - Zurabişvili

“Müharibədən və səfərbərlikdən Gürcüstana qaçan ruslar ölkə üçün təhlükə yaradır. Çünki Rusiya onları qorumaq bəhanəsi ilə Gürcüstana hərbi müdaxilə edə bilər”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili CNN-ə müsahibəsində deyib.

“Biz kim olduqlarını bilmədən bu qədər sayda rusun Gürcüstan ərazisinə girməsinə icazə verə bilmərik. Əksəriyyət bugünkü Rusiyadan qaçan ruslar, prezidenti Putinin əleyhdarlarıdır. Rusiya bu rusdilli əhalinin müdafiəsiz qalması bəhanəsindən müdaxilə üçün istifadə edə bilər”, – Zurabişvili bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya pasportundan imtina edən milyarderlər

Sonrakı məqalə

Ölkədə çörəyin qiyməti buğdanın qiymətinə adekvat deyil –