“Müharibəni dayandırmaq barədə qərar düzgündür” –

Seyran Ohanyan məğlubiyyəti etiraf etdi
11 Noyabr 2020 - 17:31

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Qarabağ müharibəsində məğlub olduqlarını etiraf edib.

Azpost.info bildirir ki, bu barədə Seyran Ohanyan 168 jam” qəzetinə deyib: “Qarabağda atəşin kəsilməsi barədə qərar doğru qərardır”.

Ermənistan və Qarabağ ətrafında çox mürəkkəb hərbi-siyasi vəziyyət yaranmışdı. Silahlı Qüvvələrin təklifi ilə müharibənin dayandırılması barədə qərar düzgün addım idi”.

Onun sözlərinə görə, müharibəni dövlət uduzdu.