Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Müharibə veteranlarının hüquqi maarifləndirməsi ilə bağlı tədbir keçirilib

User 25 Avqust 2025 - 09:21 (Last updated: 25 Avqust 2025 - 14:48)
mu01

Beyləqan Gənclər Mərkəzində baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-Təftiş komissiyasının sədri Niyazi Quliyev, AVMVİB sədrinin müavini Akif Həsənov və AVMVİB-in Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov tədbirdə iştirak etdilər.

Çıxış edən natiqlər ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə vuruşan qəhrəmanların fədakarlığından danışaraq qeyd etdilər ki, müharibə veteranları və şəhid ailələrinin problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir. Onlar vurğuladılar ki, bu cür tədbirlər bir tərəfdən maarifləndirici xarakter daşıyır, digər tərəfdən isə veteranların sosial müdafiəsinə və hüquqi biliklərinin artırılmasına dəstək göstərir.

Layihə rəhbəri Vahid Abdurəhmanov tədbir iştirakçılarına layihənin məqsədi barədə ətraflı məlumat verdi. O bildirdi ki, əsas məqsəd müharibə veteranlarının üzləşdikləri sosial və hüquqi problemlərin öyrənilməsi, onların həllinə dəstək göstərilməsi, ehtiyacı olanlara isə birbaşa hüquqi yardımın təşkil edilməsidir.

Sonda müharibə veteranlarını maraqlandıran suallar cavablandırıldı, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin həlli yolları müzakirə olundu. Qeyd edildi ki, AVMVİB bundan sonra da hər zaman müharibə veteranlarının yanında olacaqdır.

Tədbirin sonunda müharibə veteranları ilə birgə xatirə şəkli çəkildi.

AzPost.az

Post navigation

Previous: “Məni tənqid edən bu telekanalların ləğvini dəstəkləyəcəyəm” –
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda

User 06 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz...
Read more about Prezident və birinci xanım Cəbrayılda
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir abs gemi
  • Dünya

ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

User 06 Noyabr 2026 - 11:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.