“Müharibədən sonra baş verən faciələrin 53 faizi ərazilərə qanunsuz keçməyə görədir” –DİN

“Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var”.

Bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib kli, bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın: “Çünki hələ də təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faciələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib. Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir. Bu istiqamətdə işlər davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xarici ölkələrdə təhsil alan daha 67 nəfərin diplomu tanınmayıb

Sonrakı məqalə

Prokuror Saakaşvilidən Klinton üçün aldığı çay və limonun çekini tələb edib –