Prokuror Saakaşvilidən Klinton üçün aldığı çay və limonun çekini tələb edib –FOTO

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsində prokuror Batumidə ABŞ dövlət katibi Hillari Klintona verilən ziyafət zamanı ödəniş çekini tələb edib. 
Azpost.info bildirir ki, bu barədə M.Saakaşvilinin vəkilləri məlumat yayıb .
“Prokuror Hillar Klinton üçün alınmış Red Bull içkisinin ödəniş qəbzini tələb edir”-deyə məlumatda bildirlir.
Sabiq prezidentin sosial şəbəkədəki səhifəsində cinayət işinə tikilmiş həmin çekin fotosu da yayılıb. Bu çek 5 iyun 2012-ci il tarixinə aiddir. Həmin tarixdə Gürcüstan prezidenti Saakaşvili ABŞ dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi nümayəndə heyətini Batumidə qəbul edib. “Çay 3 lari, limon 2 lari, qoz və enerji içkisi- Bu sabiq prezidentə qarşı qaldırılmış cinayət işindəki çeklərdən biridir”-deyə foto şərhdə vurğulanır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müharibədən sonra baş verən faciələrin 53 faizi ərazilərə qanunsuz keçməyə görədir” –

Sonrakı məqalə

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdu –