Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Müharibə başlayandan Aİ Rusiyadan 14 milyardlıq metal alıb

User 25 Oktyabr 2023 - 11:33 (Last updated: 21 May 2025 - 20:15)
RIAN_5940897.HR_.ru_

Ukraynadakı müharibəyə baxmayaraq, Avropa şirkətləri Rusiyanın Kremlə yaxın mədən şirkətləri ilə əməkdaşlığı davam etdirir.

Azpost.info xəbər verir ki, bu barədə “Investigate Europe” yazır.

2022-ci ilin mart ayından etibarən Rusiya metallarının Avropa İttifaqına (Aİ) idxalı 13,7 milyard avro təşkil edib.

Jurnalistlər “Eurostat” və Avropa Birgə Araşdırmalar Mərkəzinin sanksiyalara məruz qalmayan 34 kritik növ xammalın idxalı ilə bağlı məlumatlarını araşdırıblar. Rusiyadan Avropaya hələ də sərbəst şəkildə gətirilən mineralların siyahısına nikel, titan, mis, alüminium, platin, palladium, rodium və kobalt daxildir.

Bu metallar Aİ-yə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün lazımdır. Onlar elektronika, günəş panelləri və elektrik nəqliyyat vasitələrinin istehsalında, həmçinin aerokosmik və müdafiə sənayesində istifadə olunur.

İlk üçlükdə Rusiya nikeli (3,77 milyard avro), alüminium (3,42 milyard avro) və mis (2,61 milyard avro) gəlir.

Beləliklə, 2022-ci ildə Vladimir Potaninə məxsus “Nornikel”in satışlarının demək olar ki, yarısı Avropanın payına düşür. Ümumilikdə, ötən ilin mart ayından etibarən şirkət Finlandiya və İsveçrədəki vasitəçilər vasitəsilə Aİ-yə ümumilikdə 7,6 milyard dollarlıq nikel və mis, həmçinin 3 milyard dollardan çox dəyərində palladium, platin və rodium ixrac edib.

Azpost.info

Post navigation

Previous: Azyaşlı analar tərəfindən doğulan uşaqların sayı açıqlandı –
Next: Vaqif Xaçatryanın məhkəmə prosesi başlayıb

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Axşam yeməyi yuxunun keyfiyyətinə, həzm sisteminin fəaliyyətinə, gecə ərzində orqanizmdə gedən bərpa proseslərinə və səhər iştahasına təsir...
Read more about Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.