Müqavimət Cəbhəsi ilə Taliban arasında yenidən döyüşlər başlayıb

12 Sentyabr 2021 - 17:41

Əfqanıstanda hakimiyyəti ələ alan radikal Taliban hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında Bağlan əyalətində yenidən qarşıdurmalar başlayıb.

Bu barədə TASS -a bölgədəki mənbə məlumat verib.

Mənbə bildirib ki, bu səhər, Andarab Baglan Vadisinin Puli-Hisar bölgəsində Taliban və Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında döyüşlər yenidən başlayıb:

“İtki verən Taliban döyüşçüləri bölgədən geri çəkilmək məcburiyyətində qaldılar”.