Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Mədəniyyət

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək

Orkhan Ali 10 Aprel 2025 - 16:00 (Last updated: 21 May 2025 - 20:15)
Murtuza Muxtarovun ev muzeyi

Murtuza Muxtarovun ev muzeyi

Bakıda Murtuza Muxtarovun ev muzeyinin yenidənqurulması həyata keçiriləcək.

Valyuta.Az xəbər verir ki, bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən müvafiq işlərə start verilib.

Məlumata əsasən, “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurması) ilə bağlı “Cronos Construction” MMC ilə müqavilə imzalanıb.

Şirkətə yuxarıda qeyd olunan işlərin görülməsi müqabilində 7.040.948,92 AZN ödənəcək.

Xatırladaq ki, Dendrologiya Parkının yerləşdiyi ərazi əvvəllər məşhur azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. O, bu ərazidə böyük bir bağ saldıraraq müxtəlif nadir bitkilər gətizdirib. Sonradan həmin bağ əsasında Dendrologiya Parkı yaradılmış və bu gün də o zəngin bitki müxtəlifliyi ilə diqqət çəkir.

Qeyd edək ki, tərəflər arasında daha öncə də müxtəlif satınalma müqavilələri imzalanıb.

Belə ki, 2021 və 2022-ci illərdə müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsi və Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilələr imzalanıb.

Bunların müqabilində şirkətə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən 788.771 AZN və 980.918,78 AZN ödənilib.  Daha sonra isə təmir-bərpa işlərinin işlərinin davam etdirilməsi ilə bağlı şirkətə daha 13.449.826,91 AZN ayrılıb.

Bundan əlavə  “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən “Heydər Əliyev Mərkəzinin park ərazisində yerləşən kafedə (Pond Cafe) əsaslı təmir işlərinin aparılması ilə əlaqədar malların işlərin və xidmətlərin satın alınması” ilə bağlı elan edilən tenderin qalibi də “Cronos Construction” MMC seçilib.

Həmçinin Beynəlxalq Muğam Mərkəzinin restoranında (Ud zalı) avadanlıqların təmiri və alınması da 2023-cü ildə eyni şirkət həyata keçirib və bunun müqabilində Mərkəzdən 245.847,69 AZN ödəniş alıb.

Ötən il isə “Azərişiq” ASC ilə 4.382.508,88 AZN müqavilə imzalanaraq Sabunçu rayonu, 35/6 kV-luq 2×10 MVA gücündə “34” saylı yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri görülüb.

Əlavə edək MMC 26 may 2014-cü ildə dövlət qeydiyyatına alınıb. 200 000 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Əliyev İlham Fərrux oğludur.

Şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçi Əliyev Ruhin Ramiz oğlu olub. Araşdırmalarımız zaman məlum olub ki, o hazırda “İntex Audit” MMC-nin direktorudur.  (MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. )

Əliyev İlham Fərrux oğlu haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Post navigation

Previous: Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
Next: “Bunun üçün Trampa Putinin xeyir-duası lazımdır” –

Oxşar xəbərlər

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.