İyulun 15-də Müsavat Divanının iclası keçirilib.
Azpost.info bildirir ki, iclasda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb:
Mustafa Hacılı – 8 saylı Binəqədi birinci seçki dairəsi,
İlqar Qiliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsi
Osman Kazımov – 84 saylı Füzuli seçki dairəsi,
Sabir Məmmədli – 104 saylı Gədəbəy seçki dairəsi.
Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb.
Namizədlərin irəli sürülməsi prosesi davam edir.
Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb.
Sonda cari məsələlərə baxılıb.