Müxalifətçi siyasi partiyaların Dəyirmi Masası 5 noyabrda baş tutacaq.
Azpost.info bildirir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.
Onun sözlərinə görə, Dəyirmi Masada heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə ediləcək. “Çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulub”.
Dəyirmi Masa saat 14-də Müsavat Partiyasının qərargahında keçirləcək.