Müşfiq Hətəmov “Space”in direktoru təyin olunub

20 May 2021 - 17:19

Space” televiziyasına yeni direktor təyin olunub.

Müşfiq Hətəmov televiziya kanalının yeni direktoru təyin edilib.

Qeyd edək ki, ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Daha sonra Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb.