“Müvəqqəti atəşkəs olacaq” –
“Kiyev gözlədiyi nəticələri ala bilmədi. Təkcə onu deyə bilərəm ki, humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik. Çünki indi şəhərlər mühasirəyə alınıb, ərzaq, dərman, qida və mülki əhalinin təxliyəsi ilə bağlı dramatik vəziyyət var”.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun nəticələri barədə açıqlamasında deyib.
Podolyak əlavə edib ki, tezlklə Ukrayna və Rusiya humanitar dəhlizlərin təşkili üçün kommunikasiya və qarşılıqlı fəaliyyət kanalları yaradacaq: “Tərəflər mülki əhalinin təxliyyəsi, o cümlədən ən şiddətli döyüşlərin getdiyi yerlərə dərman və ərzaq çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəliblər. Təxliyə zamanı müvəqqəti atəşkəs də olacaq. Atəşkəs hər yerdə deyil, yalnız humanitar dəhlizlərin yerləşəcəyi yerlərdə ola bilər”.
Azpost.info
