Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

MVA “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş”i davam etdirir

User 02 May 2025 - 17:45 (Last updated: 21 May 2025 - 20:15)
qht

Bu il Mingəçevir və Bərdədə 30 nəfər üçün 2 ay ərzində təlimlər nəzərdə tutulub.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi ənənəsinə sadiq qalaraq, keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı tədbirlərini davam etdirir.  Birlik 2025-ci il mayın 1-dən “Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsin qrantı ilə “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsinə start verib.

Məqsəd uzun illərin həsrətindən sonra doğma yurdlarına dönəcək şəxslərin yeni sosial-iqtisadi mühitə inteqrasiyasını dəstəkləməkdir. Nəticədə onların məşğulluq imkanlarını artırmaq, İT bacarıqları kimi müasir dövrün tələblərinə uyğun peşə biliklərini inkişaf etdirmək imkanı yaranıb. Hazırda Azərbaycanda İT sektoru sürətlə inkişaf edir, lakin bu sahədə bacarıqlı kadrların çatışmazlığı müşahidə olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə rəqəmsal biliklərə sahib işçi qüvvəsinin ümumi məşğulluq bazarındakı payı aşağıdır (təxminən 18-20%).

MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, keçmiş köçkünlərin bu sahəyə inteqrasiyası həm onların fərdi inkişafını təmin edəcək, həm də ölkə iqtisadiyyatına töhfə verəcək: “Təlimlərdə iştirak edənlərin ən azı 80%-nin şəxsi və peşəkar inkişafında müsbət dəyişikliklər müşahidə olunacaq. İT kurslarını uğurla bitirənlərin 50%-dən çoxu yeni iş yeri tapacaq və ya sərbəst layihələrdə iştirak etməyə başlayacaq. Nəticədə layihə keçmiş köçkünlərin bilik və bacarıqlarını artıracaq, onların yeni həyatlarına uğurla inteqrasiyasına yardım edəcək. Təlimlər həm də iştirakçıların sosial mühitdə özünəinam və fəallığına təsir göstərəcək. Onların gələcəkdə kiçik sahibkarlıq təşəbbüslərinə qoşulması, özlərini maliyyə baxımından təmin etmə qabiliyyətinə sahib olması da gözləniləndir”.

Layihə rəhbəri onu da əlavə edib ki, təlimlər Mingəçevir və Bərdədə 30 nəfər üçün 2 ay ərzində nəzərdə tutulub: “Benefisiarların seçimi zamanı gender balansını təmin etməyə çalşacağıq. Biz hətta maraqlıyıq ki, daha çox qadınlar qatılsınlar. Çünki ailədə savadlı qadının olması uşaqların gələcəyinə daha müsbət təsir edir. İyul ayının sonunda təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək”.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ildən bəri yerli və beynəlxalq donorların maliyyə dəstəyilə  “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi”, “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması”, “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması”, “Mingəçevir şəhərində məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqların artırılması”,  “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: Peşə bacarıqlarının artırılması” adlı layihələri icra edib.

Post navigation

Previous: 6 apreldə keçirilən imtahanların nəticələri elan olunub
Next: Xocalıda sursat partlayıb, bir nəfər yaralanıb

Oxşar xəbərlər

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.