Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məişət zorakılıqlarını yaradan səbəblər

User 23 Mart 2023 - 11:52 (Last updated: 21 May 2025 - 20:15)
zorakilq

Müasir dünyada gender problemləri ilə bağlı tez-tez rast gəlinən zorakılıq hallarından biri də məişət zorakılıqlarıdır. İnkişaf səviyyəsindən, eləcə də əhalisinin milli mənşəyindən, irqindən asılı olmayaraq bütün ölkələrdə məişət müstəvisində problemlərə rast gəlinir.

Qeyd etmək lazımdır ki, məişət zorakılıqları adətən ailə daxilində baş verən problemlərdən qaynaqlanır. Bu cür problemlərin ailələrin daxilində artması isə sonda ümumi toplumun, cəmiyyətin probleminə çevrilir.

Məişət zorakılıqları adətən bir neçə müstəvidə baş verir. Bəzi ailələrdə bu fiziki, cinsi şiddət, bəzilərində isə psixoloji təzyiq və ətraf aləmdən təcrid edilməsi ilə bağlı  ola bilir. Qeyd etmək lazımdır ki, məişət zorakılıqlarının hüquqi və klinik tərəfləri mövcuddur. Məişət zorakılıqlarının qarşısının alınmasına dair Azərbaycanda müvafiq qanun qəbul edilib. “Məişət zorakılıqlarının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılıqları adətən yaxın qohumluq münasibətlərində birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə, bir şəxsin digər şəxsə fiziki və mənəvi zərər verməsidir.

Məsələnin klinik tərəfinə gəlincə isə məişət zorakılığı gənclər və böyüklərin öz intim partnyorlarına qarşı fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya mərhum etmək, zorakı davranışların törədilməsi və s.-dir.

Qeyd etmək lazımdır ki, məişət zorakılığının klinik tərəflərinin araşdırılması daha zəruridir və bu çox böyük əhəmiyyət daşıyır.

Məişət zorakılığı və ya şiddət törətmək daha çox davranışla bağlı məsələdir. Qeyd edək ki, valideynlərin bir-birinə qarşı davamlı şiddət göstərməsinin sonunda ailədə olan uşaqların-xüsusi ilə oğlan uşaqlarının sonradan bunu öz həyatında tətbiq etməsi ehtimalı da olduqca böyükdür. Yaxud bu elə ailələrdə böyüyən qız uşaqlarının gələcəklə bağlı psixoloji travmalar yaradır.

Məişət zorakılığının daha çox patriarxal dəyərlərin hakim olan ailələrdə çox baş verməsi də mövcud reallıqlardandır. Zorakı şəxs və qurban arasında baş vermiş münaqişə sonradan bir şəxsin digərinə fiziki və mənəvi şiddət göstərməsi ilə nəticələnirsə bu artıq məişət zorakılığı halıdır.

Məişət zorakılığının cinsi müstəvidə digər ailədaxili zorakılıqlardan fərqləndirən əsas əlamət onun intim münasibət olan iki partnyor arasında baş verməsidir.

Məişət zorakılığı digər hallardan fərqləndirən başqa bir amil isə onun davamlı olması, müntəzəm və ya vaxtaşırı təkrarlanmasıdır. Məişət zorakılığında şiddət göstərən tərəflə qurban eyni ailə və ya qohumluq münasibətlərində olduğuna görə bu münaqişələr davamlı olur və gündəlik həyat tərzinə çevrilir.

Məişət zorakılıqlarının qarşısının alınmasında əsas çətinliklərindən biri də şiddət göstərən tərəflə qurbanın eyni evdə yaşamasıdır. Azərbaycan kimi bir çox Şərq ölkələrində bir çox hallarda qadınlar üzləşdikləri bu problemləri cəmiyyətdən gizlətməyə çalışırlar. Çünki cəmiyyətdə bu cür ailələrə münasibət birmənalı olmur və daha çox belə hadisələr qadının günahsız olmasına rəğmən, qadına utanc gətirən hal kimi qəbul edilir. Bəzən də bu cür davranışların davamlı olması qətllərin baş verməsinə gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, məişət zorakılıqları zorakı şəxsin istifadə etdiyi zorakılıq sadəcə bir növ də deyil, biri digərini əvəz edən zorakılıq formalarında yaşanır.

Məişət zorakılığı fiziki, cinsi-psixoloji, eləcə də iqtisadi zorakılıq formalarında  törədilir.

Bu proses ilkin olaraq fiziki şiddətin göstərilməsi ilə başlayır. Əgər şiddətin qurbanı olan qadınlar bu cür hadisələrin qarşısında susqunluq göstərirsə bu qarşı tərəf üçün əməldən nəticə çıxarmaq və ya utanc yaratmır. Zorakı şəxs əksinə bu cür zorakılıqların digər müstəvilərə keçirir. Ona görə də bu cür problemlərin qarşısının alınmasında zorakılıq qurbanları da vaxtında bununla bağlı şikayətlərin etməli, ictimai qınaq yaratmaqla, zorakı şəxslərin hüquqi yolla cəzalandırılmasına çalışmalıdırlar.

 

Fuad Hüseynzadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

 

Post navigation

Previous: İstirahət günlərində regionlarda hava necə olacaq?
Next: “Qərblə münasibətlər gec-tez bərpa olunacaq”

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.