Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məktəblilərin ekoloji maarifləndirilməsi ilə bağlı layihə yekunlaşıb

User 29 Sentyabr 2025 - 07:17 (Last updated: 29 Sentyabr 2025 - 16:22)
ek01

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində seminarları davam etdirib və layihə fəsaliyyətlərini uğurla tamamlayıb.

Növbəti seminarlar 24-26 sentyabr tarixində seminar Biəsuvar rayonun Səmədabad qəsəbə Tam Orta məktəbində və 5 saylı Cəbrayıl qəsəbəsinin 10 saylı orta məktəbində  orta məktəbi şagirdləri üçün keçirilib.

Biəsuvar rayonun Səmədabad qəsəbə Tam Orta məktəbinin direktoru Əlitudə Eyniyev seminar iştirakçılarını salamlamış ,Azərbaycan Respublikasının ekoloji məsələlərdə önəmli rol oynadığını və COP-29 tədbirlərinin əhəmiyyətini vurğulamış və bu layihənin də gənclərimiz üçün olduqca əhəmiyyətli olduğunu bildirmişdir.O.vurğulamışdır ki,bu tipli seminarlar məktəblilərin ekoloji maariflənməsi baxımından əhəmiyyətlidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilmləidir.

Sonra “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb,layihə və onun hədəfləri barədə geniş məlumat verib.O,qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları,iqlim dəyişiklikləri ilə mübarizə,COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

Şagirdlərə ekoloji problemlərin həlli isitiqamətdə görülməlik işlər və Bakıda keçirilən  COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib.

O həmçinin bildirdi ki,layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq. Layihənin əsas hədəf mövzusu olmuşdur.

Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv disskusiyalar keçirilmiş və onları maraqlandıran suallar cavablandırlımışdır.

Bununla da “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi “Daha yaşıl Azərbaycan üçün gənc nəsil”adlı layihəni uğurla başa çatdırmışdır.

 

AzPost.az

Post navigation

Previous: İranda 4,2 bal gücündə zəlzələ baş verib
Next: Moldovada seçkilərdə prezident Sandunun partiyası liderdir

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
ABŞ prezidenti Donald Tramp şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla danışıqlar və hərbi əməliyyatların...
Read more about Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.