Mərcan dənizində ilk sualtı otel

15751076564420550713_1000x669

Dekabrın 1-də Avstraliyada “Reefsuites” adlı ilk sualtı otel istifadəyə veriləcək.

Azərtac “The Guardian” qəzetinə istinadla xəbər verir ki, “Reefsuites” Mərcan dənizindəki Böyük Sədd Rifi yaxınlığında yerləşir. O, “Cruise Whitsunday” turoperatoru tərəfindən 2017-ci ildə siklon nəticəsində dağılmış suüstü otelin yerində inşa edilib.

Oteldə cəmi iki otaq var. Döşəmədən tavana qədər uzanan şüşə pəncərədən suyun altında nələr baş verdiyi görünür. Gecə vaxtı üçün xüsusi işıqlanma nəzərdə tutulur.

Qeyd edək ki, “Reefsuites” Avstraliyada ilk sualtı oteldir. Bənzər otellər Dubay, Tanzaniya, Sinqapur və Maldiv adalarında da mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir