Bu il Avropa ölkələrindən Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu il ərzində 389 şəxs ölkəyə readmissiya olunub. O qeyd edib ki, həmin şəxslər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə qaytarılıb.