Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Nə Moskva, nə də Kiyev danışıqlar prosesini bərpa etmək mövqeyində deyil” –

User 09 Mart 2024 - 12:03 (Last updated: 21 May 2025 - 20:15)
fidan abs

“Ankara Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev danışıqlar prosesini dərhal bərpa etmək mövqeyindədir: “Türkiyəyə gəlincə, biz Ukrayna ilə bağlı dialoq platformasının formalaşdırılmasının zəruriliyi qənaətindəyik. Fikrimizcə, daha böyük risklərin qarşısını almaq üçün müharibəni dayandırmaq və danışıqlara başlamaq lazımdır”, – deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Fidan vurğulayıb ki, Avropanın tam mərkəzindəki müharibə bütün region üçün təhlükə yaradır. Nazir əlavə edib: “Ukraynadakı vəziyyət Qara dəniz regionu üçün çoxsaylı təhdidlərlə bağlıdır və ərzaq təhlükəsizliyinə təsir göstərir”.

Türkiyə diplomatiyasının rəhbəri daha sonra diqqəti öz ölkəsinin milli təhlükəsizliyinə təhdidlərə çəkib. O qeyd edib: “Ankaranın terror təhdidlərinin qarşısının alınması ilə bağlı bütün hərəkətləri beynəlxalq hüquqa əsaslanan qanuni fəaliyyətə əsaslanır”.

Eyni zamanda, türkiyəli nazir ABŞ-ın PKK terror təşkilatının Suriya qanadı YPG ilə əməkdaşlığını Türkiyə üçün təhlükə adlandırıb: “Bu gün Vaşinqton təkcə YPG-ni silahla təmin etmir, həm də yaraqlılara təlim keçir ki, bu da ölkəmiz üçün real təhlükə mənbəyidir. Türkiyə həm öz sərhədlərində, həm də onun hüdudlarından kənarda təhlükələri aradan qaldırmaq üçün bütün addımları atmağa davam etməkdə qərarlıdır. Heç kim Ankaranın mövqeyinə təsir edə bilməz”, – deyə Fidan vurğulayıb.

Türkiyənin xarici işlər naziri ABŞ-ın Suriya ilə bağlı mövqeyini “Ankara ilə Vaşinqton arasında əməkdaşlığa ən böyük əngəl” adlandırıb.

Post navigation

Previous: “ABŞ Rusiya ilə münasibətləri bərpa etməlidir”
Next: Qocaman neftçi, “Neft Daşları”nın sabiq rəisi Vaqif Hüseynov vəfat edib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.