Ermənistanın Baş naziri Paşinyan KTMT-nin bu günkü növbədənkar iclasında üzv ölkələr qarşısında iki məsələ qaldırıb.
Azpost.info bildirir ki, bu barədə Belarus prezidenti Lukaşenko iclasda çıxışı zamanı deyib.
“Siz bizim qarşımızda iki məsələ qoymusunuz. Birinci: “Baş verənlərin qiymət verilməsi və KTMT-nin mövqeyi”. Siz bizdən mövqeyimizi müəyyən etməyi tələb etmisiniz. Siz məgər bizim mövqeyimizi bilmirisniz? Biz istəyirik ki, qonşu dövlətlər arasında münaqişə dinc yolla həll olunsun”-deyə Lukaşenko bildirib.
“İkinci məsələ: “Ermənistanın ərazi bütövlüyünün bərpa olunması üçün “yol xəritəsi” verin”. Hansı “yol xəritəsi? Bu barədə sizə dərhal cavab verirəm: Gedin oturun İlham Əliyevlə…Əgər lazımdırsa Rusiya prezidentnə müraciət edin və qərar qəbul edin. Bu gün qərar qəbul etməsəniz pis olacaq. Siz bunu yəqin başa düşürsünüz. Bizə bu münaqişə lazım deyil”-deyə Lukaşenko bildirib.
“Siz iki məsələ qaldırmısınız. Onlar çox qəribədir”-deyə Lukaşenko Paşinyana deyib.